“Nə masanın üstündə yazılı təklifim var, nə də danışıqlar aparmışam”

10 Aprel 2024 12:00 Almaniya 657
“Nə masanın üstündə yazılı təklifim var, nə də danışıqlar aparmışam”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bayern”ə qayıtmağa hazır olub-olmaması haqda suala cavab verib.

Sportinfo.az RTL-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hələlik müqavilə bağlamağa hazır olmadığını bildirib:

“Bayern”ə qayıtmaq? Nə masanın üstündə yazılı təklifim var, nə də danışıqlar aparmışam.

Mən hələ də peşəkar karyeramda növbəti addımı müəyyən etdiyim mərhələdəyəm. Düşünürəm ki, bütün imkanları nəzərə alsaq, yaxşı olar.

Bir neçə klubla seçimlərim var, amma hələlik oturub müqavilə bağlamağa hazır olduğumu söyləyə bilmərəm”.

Naqelsmann 2023-cü ilin martında gözlənilmədən “Bayern”dən qovulmuşdu.

Bundan əvvəl Almaniya millisinin rəhbərliyinin Naqelsmannla müqaviləni uzatmaq və onu ən azı 2026-cı il dünya çempionatına qədər postunda saxlamaq istədiyi bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada