“Mən onu daha əvvəlki iş yerindən tanıyırdım və danışıqlar aparırdım”

1 Aprel 18:40 Almaniya 405
“Mən onu daha əvvəlki iş yerindən tanıyırdım və danışıqlar aparırdım”

“Bayern”in idman direktoru Maks Eberl Xabi Alonsonun “Bayer”də qalmaq qərarı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi, ispaniyalı mütəxəssisi daha əvvəldən tanıdığını və onunla o vaxtdan danışıqlar apardığını bildirib:

“Xabi layiqli insandır. Mən onu daha əvvəlki iş yerindən tanıyırdım və onunla danışıqlar aparırdım. Onun “Bayer”dən getməyəcəyi mənə aydın idi”.

42 yaşlı məşqçi 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Alonsonun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Bundan əvvəl mətbuatda Alonsonun xidmətində “Real”, “Liverpul” və “Bayern”in maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti