"Hücumçu axtarırlar? Mən ora getməkdə maraqlı deyiləm"

26 May 01:30 Almaniya 620
"Hücumçu axtarırlar? Mən ora getməkdə maraqlı deyiləm"

“Borussiya”nın (Dortmund) hücumçusu Sebastian Haller “Bayern”ə mümkün keçidindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, Dortmund klubu ilə Bundesliqa çempionluğunu qazanmaq istədiyi üçün “Bayern”lə maraqlanmadığını bildirib:

“Bayern” hücumçu axtarır? Mən ora getməkdə maraqlı deyiləm. “Borussiya” ilə titul qazanmaq istəyirəm”.

28 yaşlı Haller bu mövsüm “Borussiya”nın heyətində 21 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Borussiya” Almaniya çempionatının başa çatmasına bir tur qalmış 70 xalla turnir cədvəlinə başçılıq edir. “Bayern” Dortmund klubundan 2 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər