Hakimlər "Keşlə"nin xeyrinə necə kor olur? - VİDEO

22 Fevral 2020 19:00 Zirə 896
Hakimlər "Keşlə"nin xeyrinə necə kor olur? - VİDEO

Premyer Liqanın 18-ci turunda "Keşlə" "Zirə"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin ilk qolunu 20-ci dəqiqədə Şahrux Qadoyev vurub.

Lakin hücumun başlanğıcında Sezar Meza Kollinin ötürməsi anında Aleşandr Kriştovao oyundankənar vəziyyətdə olsa da, bu, yan xətt hakimlərinin gözünən yayınıb və anqolalı futbolçu hücumu davam etdirib.

Onun ötürməsindən sonra Qadoyev hesabı açıb. Epizodun təkrarında Kriştavaonun ofsaydda olduğu aydın görünüb.

Qarşılaşmanı Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti