"Krneta ilə bağlı fikrim pozitivdir, amma..." - ZAUR HƏŞİMOV

17 Yanvar 2020 16:53 Zirə 892
"Krneta ilə bağlı fikrim pozitivdir, amma..." - ZAUR HƏŞİMOV

"Zirə" Ali Sisaydan sonra daha bir müdafiəçi ilə münasibətlərini rəsmiləşdirə bilər. Hazırda baxışda olan Yovan Krnetanın da komandada qalacağı istisna olunmur.

Bu barədə Sportinfo.az-a "qartallar"ın baş məşqçisi Zaur Həşimov məlumat verib. Ancaq gənc mütəxəssis serbiyalı futbolçu ilə bağlı hələ qərar vermədiyini bildirib:

"Krneta ilə bağlı fikrim pozitivdir. Amma qəti qərar verməmişəm. Ən qısa zamanda fikrimi ona bildirəcəm. Həm Krneta öz işini bilsin, həm da ehtiyac olarsa, biz özümüz başqa müdafiəçi axtaraq".

Hazırda baxışda yeni futbolçu olmadığını deyən Həşimov moldovalı yarımmüdafiəçi Artyom Rozqonyuku yola saldıqlarını söyləyib: "Rozqonyuk dayaq yarımmüdafiəçisidir. Onunla müqavilə bağlamaq fikrimiz yoxdur. Durumu bizi qane etmədiyi üçün göndərdik".

Baş məşqçi yaxın müddətdə yeni transfer gözlənilmədiyini də vurğulayıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"