"Kənardan məşqçi gətirmək fikrim yoxdur"

25 Dekabr 2019 14:06 Zirə 1 146
"Kənardan məşqçi gətirmək fikrim yoxdur"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov özünə yeni köməkçi götürəcək. Bu barədə Sportinfo.az-a gənc mütəxəssisin özü məlumat verib.

O bildirib ki, fiziki hazırlıq üzrə yardımçıya ehtiyacı var: "Hazırda iki köməkçi ilə işləyirəm - biri Azər Məmmədov, biri də Anar Niftəliyev.

Məşqçi korpusunda bir yer boşdur. Hazırda nəzərimdə olan bir neçə nəfər var. Hamısı yerlidir. Kənardan məşqçi gətirmək fikrim yoxdur. Yəqin ki, fiziki hazırlıq üzrə köməkçim gənc və çoxunun tanımadığı biri olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi