"Everton"lu forvardın qardaşı "Zirə"yə "qiymət oxudu"

21 Dekabr 2019 14:50 Zirə 1 604
"Everton"lu forvardın qardaşı "Zirə"yə "qiymət oxudu"

Premyer Liqada qış fasiləsinə yollanan "Zirə" artıq yeni ilin hazırlıqlarına başlayıb. Baş məşqçi Zaur Həşimov komandadan göndərmək istədiyi futbolçuları müəyyənləşdirməklə yanaşı, heyətə gətirmək istədiyi oyunçuların siyahısını da tərtib edib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi ilk olaraq "Qəbələ"nin qapısını döyüb, İbrahima Niasse üçün.

Seneqallı mərkəz müdafiəçisinə birbaşa ilyarımlıq təklif irəli sürən "Zirə" hələlik qarşı tərəfin cavabını gözləyir. Çünki 31 yaşlı afrikalı zirəlilərdən yüksək məbləğ tələb edib: aya 15 min dollar maaş.

"Qəbələ"yə bundan qat-qat aşağı məbləğə qayıdan Niasse 2013/2014-cü illərdə bölgə klubunda 29 oyun keçirib. Təcrübəli futbolçu o vaxt ilinə 200 min dollardan çox qazanırdı.

Xatırladaq ki, İbrahima özündən xeyli məşhur, "Lokomotiv", "Akhisar"da çıxış etmiş "Everton"un hazırkı futbolçusu Omar Niassenin böyük qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti