COP29

“Qarabağ”la yenidən danışdılar və sövdələşdilər - BİRİLLİK

10 İyun 17:40 Zirə 7 122
“Qarabağ”la yenidən danışdılar və sövdələşdilər - BİRİLLİK

Avropa Liqasına vəsiqə qazanan «Zirə» daha bir futbolçu ilə bağlı müəmmanı çözüb.

Ötən yay «Qarabağ»dan icarəyə götürələn İsmayıl İbrahimli gələn mövsümü də «qartallar»ın düşərgəsində keçirəcək.

Ağdam təmsilçisi «Bakı»nın yetirməsi olan yarımmüdafiəçini qəsəbə təmsilçisinə birillik icarəyə verməyə razılaşıb.

“Zirə” dünən də 3 futbolçusu ilə müqavilə müddətini uzadıb. Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni kontrakt bağlanılıb.

Bundan başqa, ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu isə komanda “Şamaxı”dan transfer edib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"