Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”nin “Şerif”lə keçirəcəyi oyunların başlama saatı bəlli olub.
Sportinfo.az xəbər verir ki, iyulun 11-də Moldovada keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Bir həftə sonra Bakıda “Liv Bona Dea Arena”da reallaşacaq görüşün start vaxtı isə 20:00-dır.
İki oyunun yekununda üstün olacaq tərəf Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq” - “Pafos” cütünün qalibi ilə qarşılaşacaq.