"Zirə"nin 1 xal həvəsi - O da ovcundan alıb apardı…

15 Aprel 23:40 Zirə 626
"Zirə"nin 1 xal həvəsi - O da ovcundan alıb apardı…

“Zirə” bu mövsüm ən etibarlı müdafiə xəttinə sahibdir.

Cəmi 18 qol buraxan “qartallar” bu göstəricidə bütün rəqiblərini qabaqlayır.

Elə turnir cədvəlindəki yerinə görə də komanda arxa xəttə daha çox borcludur.

Amma hücum xətti barədə eyni sözləri demək olmaz.

Komanda zaman-zaman öndəki kəsərsizliyinə görə az tənqid olunmayıb.

Əslində Rəşad Sadıqovun əlinin altındakı futbolçuların hücum potensialı da pis deyil.

Qış fasiləsindən sonra heyətə cəlb edilən Rafael Utziq və Ceyhun Nuriyevin gəlişi həmin fazanı daha da canlandırıb.

Son oyunlar yüksəlişi görməmək mümkün deyil.

Elə “Sumqayıt”la səfər qarşılaşmasının ilk 15-20 dəqiqəsini də həmin matçların davamı adlandıra bilərik.

Paytaxt təsmilçisi “kimyaçılar”a göz açmağa imkan vermirdi. İrəlidə pressinq, ələ keçirilən topla kəsərli hücumlar. Ehtimal etmək olardı ki, növbəti 3 xal qonaqların ovcundadır. Qalır özü ilə aparmaq.

Bəs sonrası?

Problem ondadır ki, davamı gəlmədi.

Sonrakı 60-65 dəqiqədə yenə alışdığımız, tənqid etdiyimiz “Zirə” vardı meydanda.

Düzdü, bunda “Sumqayıt”ın yaxşı oyun keçirməsi, matçın “ipi”ni ələ alması da unudulmamalıdır.

Amma tək səbəb də o ola bilməz.

Çünki startdakı təzyiq, dinamika, rəngarəng hücumlar aydın göstərirdi ki, kollektiv bunu bacara bilir. Əldəki material əl-qolu açır.

Sadəcə ani gələn inamsızlıq, bəlkə də bacarmarıq hissi davamlılığa mane oldu.

Buna bir xala yetinmək həvəsi də deyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU