
Ötən ilin yayında “Zirə” ilə müqavilə imzalamış Toni Qomes yaxınlarda Azərbaycanı birdəfəlik tərk edəcək.
“Qartallar” Qvineya-Bisau yığmasının hücumçusu ilə əməkdaşlığın müddətini uzatmaqda maraqlı deyil.
Hər halda afrikalı legionerə yeni kontrakt təklif olunmayıb.
"Liverpul"un gənclərdən ibarət komandasının üzvü olmuş 24 yaşlı forvard karyerası ərzində "Forest Qriin Rovers" (İngiltərə), "Arouxa" (Portuqaliya), "Haras el Hodud", "Tala`ea el Qaiş" (hər ikisi Misir), "Menemenspor", "Tuzlaspor"un (hər ikisi Türkiyə) da formasını geyinib.
SPORTİNFO.AZ