Rəşad Sadıqov "Zirə"də işləməkdən yorulmayıb ki?

16 Mart 2023 14:40 Zirə 592
Rəşad Sadıqov "Zirə"də işləməkdən yorulmayıb ki?

Rəşad Sadıqov gələn mövsüm də «Zirə»nin başında olacaqmı, bilmirəm.

Bəzən mənə elə gəlir ki, yorulub o. Burada üçüncü mövsümünü keçirən bir məşqçi olaraq missiyasını bitmiş sayır görüntüsü yaranıb.

Şəxsən bəndənizdə məndə belə bir təsəvvür formalaşıb ki, Rəşad Sadıqov yorulub. Bu yorğunluğu onda yaradan futbolçularıdır.

«Zirə» qədər fərdi səhvlərdən qol buraxan və uduzan ikinci komandanı mənə göstərməyin. Yoxdur elə biri.

İndividual xətalar məşqçinin ayağına yazılmır. Ancaq ona, komandaya mənfi təsir edir, hədəf(lər)dən uzaqlaşdırır.

«Zirə» bu mövsüm avrokuboklara vəsiqə qazansa da, qazanmasa da, arxa «divar»ı uçurulmalıdır.

Sözün bütün mənalarında «divar»dırlar. «Sabah»la dünənki matçda o cür səhvlərə yol verənləri mən day başqa sözlə «tərif» etmək istəmirəm.

«Zirə» ikinci pillənin sahibinə oyun planında uduzmadı. Rəhim Sadıxov faydalı iş əmsalı göstərməsə belə, «Zirə» rəqibi ilə öz «dil»ində danışdı.

Topu qəsdən qonaqlara verib, meydanın dərinliyindən hücum qurmadı. Oyunu ilk dəqiqələrdən meydanın «Sabah»a aid hissəsinə daşıdı.

Daşı e, amma nə olsun!

Sənin belə müdafiəçilərin varsa, rahat irəli atıla bilməzsən, mütləq kürəyindən xəncər yarası alacaqsan.

Bun(lar)a aid film çəkmək olar ey!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti