
İsnik Alimi «Qəbələ»ni tərk etmək niyyətindədir.
Əyalət klubunda ikinci mövsümünü keçirən şimali makedoniyalı legioner artıq yeni macəra axtarışına çıxıb.
Cari mövsümdə vurduğu 5 qolla komandanın ən sərrast oyunçusu olan yarımmüdafiəçi «Zirə»yə keçməyə yaxındır.
Balkanlı menecerlər vasitəsilə «qartallar»a öz xidmətini təklif edib. Onun «qırmızı-qaralar»la sözləşməsinin mövsümün sonunda başa çatacağını da xatırladaq.
SPORTİNFO.AZ