Portuqaliya klubunun nigeriyalı yarımmüdafiəçisi "Zirə" yolunda

2 Fevral 2023 13:40 Zirə 886
Portuqaliya klubunun nigeriyalı yarımmüdafiəçisi "Zirə" yolunda

“Zirə” “Pakuş Ferreyra”nın nigeriyalı legioneri Abbas İbrahimi transfer edir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ojogo” nəşri məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi yaxın günlərdə “Zirə” ilə müqavilə imzalayacaq.

Portuqaliya klubunu artıq tərk edən İbrahim oyun praktikasından əziyyət çəkdiyi üçün bu keçiddə özü maraqlı olub. Ancaq razılığa əsasən, futbolçunun transfer hüququnun bir hissəsi “Pakuş Ferreyra”da olacaq.

“Pakuş Ferreyra”nın yetirməsi olan Abbas İbrahim Portuqaliyanın bir neçə klubunda icarə əsasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti