
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mingəçevir"i səfərdə 2:0 məğlub edən "Zirə" növbəti mərhələyə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı danışıb:
"Çox vacib qələbə qazandıq. 1/8 final mərhələsi bir oyundan ibarətdi. .
Futbolçularıma təşəkkür edirəm. Şəraiti də nəzərə alsaq, onlar çox peşəkar və intizamlı oynadılar. Bizim üçün çox vacib qələbə idi".