"Zirə"yə lazım olmayan oyunçuların sayı 8-ə çatdı

27 May 2021 17:00 Zirə 838
"Zirə"yə lazım olmayan oyunçuların sayı 8-ə çatdı

“Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az-ın "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və vinger Rodriqo Bonqonqui ilə müqavilə başa çatıb.

Camalov karyerasını "Sabah"da davam etdirəcək.

“Zirə" onlara göstərdikləri xidmətləri qarşılığında təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

"Zirə" daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla əməkdaşlığa son qoyub. Qəsəbə təmsilçisi əvəzində "Sabah"dan yarımmüdafiəçi Təmkin Xəlilzadəni və "Sumqayıt"dan qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"