"Gələcəkdə danışmağa vaxtımız olacaq" - Rəşad Sadıqov

19 May 2021 20:10 Zirə 942
"Gələcəkdə danışmağa vaxtımız olacaq" - Rəşad Sadıqov

"Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik. Səfərdə üstün oyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, göstərdikləri nəticə pis deyil: "Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm". Sadıqovun sözlərinə görə, mövsüm ərzində çoxlu qırılma nöqtələri olub: "Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq".

Xəbər Lenti