"Premyer Liqada qol vurmaq və qələbə qazanmaq müşkülə çevrilib"

17 Aprel 2021 16:20 Zirə 545
"Premyer Liqada qol vurmaq və qələbə qazanmaq müşkülə çevrilib"

"Düzü, bu statistikaya fikir verməmişəm".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxsusdur.

O, komandanın Premyer Liqanın son 5 turunda 1 qol vurmasına münasibət bildirib: "Biz hər oyuna yaxşı hazırlaşırıq və növbəti oyunlar üçün qarşımıza məqsəd qoyuruq.

Çempionat da o qədər ağır və çətin keçir ki, qazanılan hər xalın dəyəri var. Hazırkı çempionatda qazanılan hər xal önəmlidir. Nə qədər qol vurmağın və qol buraxmağın ikinci plana keçir.

Çünki rəqiblər də ciddi komandalardır, hamısı sənə müqavimət göstərir və qələbə qazanmaq istəyirlər.

Turnir cədvəlində üçüncü yer uğrunda mübarizə aparan komandalar bir-birilərinə yaxındırlar və mübarizə aparırlar. Çempionatımızda qol vurmaq və qələbə qazanmaq müşkülə çevrilib.

Ən əsası odur ki, son turlarda oyunumuzu yaxşılaşdıra bilmişik və qarşıdakı oyunlarda qollar və qələbələr gələcək".

Xəbər Lenti