"Beşiktaş" Qana millisinin vingeri ilə anlaşdı

26 Aprel 2020 19:40 Türkiyə 852
"Beşiktaş" Qana millisinin vingeri ilə anlaşdı

"Beşiktaş" Bolqarıstanın ÇSKA klubunun vingeri Edvin Qiasi ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək.

"Ghana Soccer" nəşri 28 yaşlı futbolçunun "ağ-qaralar"la 2 illik razılığa gəldiyini yazıb. Qana millisinin üzvü 2018-ci ildə Norveçin "Olesun" klubundan ÇSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti