Qışda üç nəfərlə yollarını ayırmağı planlaşdırır - "Qalatasaray"

01:40 Türkiyə 85
Qışda üç nəfərlə yollarını ayırmağı planlaşdırır -

"Qalatasaray" qışda üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçilər Vilfrid Sinqo, Kaan Ayhan və yarımmmüdafiəçi İlkay Gündoğanla vidalaşacaq.

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Adıçəkilən oyunçular baş məşqçi Okan Burukun gələcək planlarında yer almır.

Kaan Ayhan cari mövsümdə "Qalatasaray"ın heyətində cəmi 1 dəqiqə şans qazanıb. Sinqo 2 matçda 41 dəqiqə meydanda olub. Gündoğan isə 2 görüşdə 11 dəqiqə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM