Talişka “Fənərbaxça”dan ayrıldı, “Əl-Cəzirə” ilə müqavilə bağladı

5 Sentyabr 00:10 Türkiyə 442
Talişka “Fənərbaxça”dan ayrıldı, “Əl-Cəzirə” ilə müqavilə bağladı

“Fənərbaxça”dan ayrılan Anderson Talişka Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” komandasına transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

2025-ci ildən “Fənərbaxça”da çıxış etmiş Talişka, İstanbul kollektivinin heyətində 77 oyunda 44 qol vurub, 7 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti