“Qalatasaray” böyük komandaları məğlub etmək üçün yaradılıb”

18:40 Türkiyə 98
“Qalatasaray” böyük komandaları məğlub etmək üçün yaradılıb”

“Qalatasaray”ın yeni transferi Rafael Leao açıqlama verib.

Sportinfo.az “Fanatik”-ə istinadən xəbər verir ki, 27 yaşlı vinger “Qalatasaray”ın böyük klub olduğunu və tarixində əfsanəvi futbolçuların çıxış etdiyini bildirib:

“Mən həmişə “Qalatasaray”ı tanımışam. Bu, böyük klubdur. Burada Didye Droqba, Georgi Hacı, Uesli Sneyder və digər əfsanələr çıxış edib.

Bundan əlavə, “Qalatasaray” digər çempionatların böyük komandalarını və Çempionlar Liqasının ən güclü klublarını məğlub etmək üçün yaradılıb. Hesab edirəm ki, klub həmişə ən yüksək səviyyədə olmalıdır”.

Portuqaliyalı futbolçu “Qalatasaray”a bu yay “Milan”dan keçib. “Transfermarkt”a görə, onun dəyəri 50 milyon avro təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti