Anderson Taliska karyerasının ən məhsuldar dönəmlərindən birinin ardından “Fənərbaxça”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Taliska 2024-2025 mövsümünün ortalarında “Əl-Nəsr”dən “Fənərbaxça”ya transfer olunub.
Braziliyalı “sarı-göy” forma ilə keçirdiyi son mövsümdə komandasının ən çox qol vuran oyunçusu olub.
Taliska hər fürsətdə “Fənərbaxça”da özünü xoşbəxt hiss etdiyini bildirsə də, 10+4 əcnəbi futbolçu qaydası onun komandadan ayrılmasına səbəb olub.
Rəhbərlik və məşqçilər heyəti kvotaya uyğunlaşmaq üçün ulduz ilə yolları ayırmaq qərarına gəlib.
