Kabak “Şalke”yə qayıdır, amma...

24 İyun 2021 18:40 Türkiyə 891
Kabak “Şalke”yə qayıdır, amma...

Türkiyəli futbolçu Ozan Kabak “Liverpul”u tərk edəcək.

Sportinfo.az xəbər verir ki, müqavilə ilə “Şalke”yə məxsus olan Kabak “Liverpul”da icarə əsasında çıxış edirdi. Amma 21 yaşlı futbolçunun “Şalke”də qalmayacağı bildirilir. Ona bir neçə klub maraq göstərir. Kabakı İngiltərənin “Kristal Pelas”, “Lester”, Fransanın “Nitsa”, Almaniyanın “Bayer” klubları transfer etmək istəyirlər.

“Liverpul” Kabakın müqavilə hüququnu almaq üçün 18 milyon avro ödəmək istəməyib. “Transfermarkt” müdafiəçinin dəyərinin 25 milyon avro olduğunu yazır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!