“Səbail” üzərində qazanılan qələbədən sonra (1:0) “Turan Tovuz”un məşqçi və futbolçu heyəti 4 günlük istirahətə çəkilib.
Komanda üzvləri sentyabrın 3-də tibbi baxışdan keçib, qan analizləri götürülüb.
Qərb təmsilçisi məşqləri sentyabrın 4-ü axşam saatlarında Gəncədə bərpa edəcək. “Boz qurdlar” ayın 9-na qədər Nizami yurdunda məskunlaşaq.
Baş məşqçi Kurban Berdıyev Gəncə toplanışının sonuncu günündə rəsmilərdən yoldaşlıq matçı üçün rəqib tapılmasını istəyib.
Hazırda bu yöndə “Kəpəz”lə danışıqlar aparılır. “Sarı-göylər” sentyabrın 13-də 6-cı turun oyununa çıxacağından, Azər Bağırov risk etmək istəmir.
Odur ki, düşünmək və “Turan”a cavab vermək üçün 1-2 günə ehtiyac var.
Alınsa, tovuzlular gəncəlilərlə üz-üzə gələcək. İmtina cavabı gəlsə, başqa komandalara müraciət olunacaq.
“Turan” Gəncə toplanışını sentyabrın 9-da başa vuracaq.
HƏBİB / SPORTİNFO.AZ