Hakimlər söyüldü, əşya atdılar, tibbi yardım və polis gəlmədi - Qərb klubları “soyuldu”

30 Yanvar 16:20 Turan 480
Hakimlər söyüldü, əşya atdılar, tibbi yardım və polis gəlmədi - Qərb klubları “soyuldu”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirilən oyundakı neqativ hallara görə 5600 manat məbləğində cərimələnib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Tovuz təmsilçisi analoji cəriməyə məruz qalıb.

Bunun 4000 manatı tovuzlu azarkeşlərin hakimlərə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbindən verilib.

Eyni zamanda fanatlar meydançaya kənar əşyalar atdıqları üçün “Turan Tovuz”a əlavə 1600 manat cərimə kəsilib.

Bundan başqa, “Qəbələ” ilə qarşılaşmada təcili tibbi yardım stadiona gecikdiyindən, “Kəpəz” 1600 manat cərimələnib.

Həmçinin görüşdən əvvəl polis iclasa gəlmədiyi üçün gəncəlilər daha 800 manat cərimə ödəməli olacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 11:40 Niyə belə tələsdiz?
1 Aprel 10:40 Marketinq çalışması
1 Aprel 00:50 20 ilin hesabatı 1:9