"Yaxın günlərdə yeni transferlər gözlənilir"

6 Avqust 2020 09:28 Sumqayıt 1 232
"Yaxın günlərdə yeni transferlər gözlənilir"

"Yaxın günlərdə yeni transferlər gözlənilir".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Onun bildirdiyinə görə, komanda heyətini hələ tam komplektləşdirə bilməyib: "Stratergiyamıza uyğun olaraq, ölkə xaricində yaşayan Azərbaycan əsilli futbolçuların axtarışı hazırda davam edir.

Pandemiya ilə bağlı futbolçuların gətirilməsində çətinliklərimiz var. Hazırda kiminləsə konkret olaraq razılıq əldə olunmayıb.

Amma məşqçinin istəyinə əsasən, komandanın sisteminə uyğun bəlli mövqelərə futbolçu axtarışı davam edir. Yaxın günlərdə yeni futbolçuların müqavilə bağlamasını reallaşdıra bilərik".

Digər Xəbərlər
Xəbər Lenti