Premyer Liqamızdan ayrılan hücumçu bu ölkənin məşhur klubunda

2 Fevral 2025 01:00 Sumqayıt 1 920
Premyer Liqamızdan ayrılan hücumçu bu ölkənin məşhur klubunda

“Sumqayıt”ın hücumçusu Nikola Vuynoviç yeni komandasını müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı forvard “Partizan”da çıxış edəcək. Monteneqro millisinin üzvü Belqrad təmsilçisi ilə ortaq məxrəcə gəlib.

Vuynoviçin Azərbaycan klubu ilə müqaviləsi mövsümün sonuna qədər olsa da, hücumçunun yaxın vaxtlarda “Partizan”la rəsmi müqavilə imzalaması gözlənilir.

Nikola Vuynoviç “Sumqayıt”a ötən ilin yayında “NK Qoritsa”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM