“Liverpul”un vingeri Bredli Barkola Fransa çempionatı ilə İngiltərə Premyer Liqası arasındakı fərqlərdən danışıb.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu hazırda uyğunlaşma dövründə olduğunu bildirib:
“Hazırda uyğunlaşma dövründəyəm. Buradakı atmosfer PSJ-dəki ilə müqayisədə fərqlidir.
Premyer Liqa başqadır, burada komandaların taktikası daha azdır. Bəlkə də bu, mənim diqqətimi daha çox çəkdi.
Çünki Parisdə taktiki baxımdan çox tələbkar olan baş məşqçinin rəhbərliyi altında oynayırdım. Burada meydanda dəyişikliklər daha az olur.
PSJ-də bəzən mərkəzə keçirdim, sonra cinaha qayıdırdım və mövqeyimi başqa futbolçuya verirdim. Burada isə hər şey fərqlidir”.
Fransalı oyunçu yayda PSJ-dən “Liverpul”a 125 milyon avro qarşılığında transfer olunub.
