“Real”ın ulduzu məhkəmə qarşısına çıxacaq - İtinə görə

10:15 İspaniya 94
“Real”ın ulduzu məhkəmə qarşısına çıxacaq - İtinə görə

“Real”ın futbolçusu Ferland Mendi ona məxsus itlərdən birinin 17 yaşlı yeniyetməni dişləməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Sportinfo.az xəbər verir ki, proses dekabrın 21-də başlayacaq.

Belə ki, iş üzrə Mendidən 1200 avro cərimə və zərərçəkənlərə 5700 avro təzminat ödənilməsi tələb olunur.

Hadisə 2023-cü ildə baş verib. Futbolçunun ərazisindən qaçan dörd itdən biri qadının itinə hücum edərək ona ağır xəsarətlər yetirib.

Bundan sonra isə qadına kömək etməyə çalışan 17 yaşlı yeniyetmə də it tərəfindən hücuma məruz qalıb və onu sol ayağından dişləyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM