Baş məşqçi bu dəfə kim olsun? - Məsləhət verdi

00:10 İngiltərə 103
Baş məşqçi bu dəfə kim olsun? - Məsləhət verdi

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer, Maykl Karriki “Mançester Yunayted”də əvəz edə biləcək baş məşqçilər barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, klub rəhbərliyindəki problemlərin komandanın meydandakı çıxışına da təsir etdiyini bildirib:

“Karrikin vəzifəsindən ayrılacağı təqdirdə, Fabian Hürzeler, Eddi Hou və Antonio Konte variantlarını nəzərdən keçirməyi təklif edirəm.

Düşünürəm ki, həm meydanda, həm də ondan kənarda ciddi problemlər var. Həmişə demişəm ki, klubun yuxarı eşelonunda baş verənlər meydandakı oyuna da təsir edir. Artıq uzun müddətdir bunun şahidi oluruq.

Karrik vəzifəsindən azad edilsə, Hürzeler yaxşı əvəzləyici ola bilər. Amma “Brayton”da tamamilə fərqli iş modeli var. Eddi Houya da diqqət yetirmək lazımdır. Antonio Konte variantını da nəzərdən keçirmək olar.

Bunu bəyənirsiz, ya yox, fərqi yoxdur, oyunlarda qalib gəlməyəndə və dünyanın ən böyük klublarından birində işləyəndə belə hallar baş verir.

Bununla barışmaq lazımdır və demək olar, əminəm ki, Karrik də bunu anlayır. Məhz buna görə,

Mayklın nəticə qazanması çox vacibdir. Əks halda, digər namizədlərin adları onun gələcəyi ilə bağlı müzakirələrdə çəkilməyə davam edəcək”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 6 oyunda cəmi 6 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM