"Bir neçə həftədən sonra geri qayıdacam”

00:00 İngiltərə 91
"Bir neçə həftədən sonra geri qayıdacam”

“Çelsi”nin qapıçısı Emiliano Martines Premyer Liqada “Everton”la matçda aldığı zədədən sonra səhhəti barədə məlumat verib.

Argentinalı futbolçunun toqquşma nəticəsində çənə sümüyü sınıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında əməliyyatının uğurlu keçdiyini bildirib:

“Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Əməliyyat uğurlu keçdi. Ən əsası odur ki, biz qalib gəldik. Bir neçə həftədən sonra geri qayıdacam”.

“Çelsi” səfərdə “Everton”u 2:0 hesabı ilə məğlub edib. Komanda bu qələbə ilə xallarının sayını 13-ə çatdıraraq Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM