UEFA-dan fərqli seçim etdilər - “Sabah”ın ən yaxşısı kimdir?

03:20 Sabah 90
UEFA-dan fərqli seçim etdilər - “Sabah”ın ən yaxşısı kimdir?

“Flashscore” Çempionlar Liqasının 2-ci turunda keçirilən “Sabah” – “Slaviya” oyununun ən yaxşısını müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, UEFA matçın ən yaxşısı kimi Coy-Lens Mikelsi açıqlayıbsa, “Flashscore” fərqli seçim edib.

Belə ki, statistik göstəricilərə əsasən “Sabah”ın qapıçısı Stas Pokatilov görüşün ən yaxşısı adına layiq görülüb. Qazaxıstan millisinin üzvü komandasının 2:0 hesablı qələbəsinə qapısını toxunulmaz saxlamaqla töhfə verib.

Pokatilov 6 seyv edib, qarşısı alınan qol göstəricisi isə 1,72 olub. O, həmçinin 51 dəfə topla təmasda olub, 38 ötürmədən 22-ni dəqiq yerinə yetirib. Beləliklə, Stasın ötürmələrdə dəqiqlik göstəricisi 58 faiz təşkil edib.

“Flashscore” Pokatilovun çıxışını 9,0 balla qiymətləndirib. Bu, matçda iştirak edən hər iki komandanın futbolçuları arasında ən yüksək göstərici olub.

“Sabah” Çempionlar Liqasında növbəti oyununu oktyabrın 20-də Dortmund “Borussiya”sına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM