“Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb.
Müdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
32 yaşlı futbolçunun son klubu “Kəpəz” olub. İsayev daha öncə “Neftçi”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Səbail”, “Qəbələ” və “Zirə” kimi komandalarda çıxış edib.
