“Qarabağ” və “Neftçi”yə “1000”lik xüsusi hədiyyə verildi

02:30 Hadisə 67
“Qarabağ” və “Neftçi”yə “1000”lik xüsusi hədiyyə verildi

Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası tərəfindən xatirə mükafatları təqdim olunub.

Sportinfo.az xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” oyunundan əvvəl təqdim edilib.

Mükafatlar “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənova və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…