Ölkəmiz dünya çempionatı və Festivala necə hazırlaşır? - VİDEO

Ölkəmiz dünya çempionatı və Festivala necə hazırlaşır? - VİDEO

Azərbaycanda 22–30 oktyabr tarixlərində ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işləri davam edir.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, turnir dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları Bakıda bir araya gətirəcək.

Qısa müddət ərzində yarış və tədbir məkanlarında genişmiqyaslı hazırlıq həyata keçirilib, turnirin keçirilməsi üçün zəruri infrastruktur və təşkilati proseslər üzrə işlər görülüb.

Turnir ərəfəsində hazırlanan promo video da məhz bu prosesə fokuslanır. Videoda hazırlıq mərhələsindən müxtəlif kadrlar, görülən işlərin miqyası və qarşıdan gələn turnirin Bakıda yaratdığı futbol atmosferi əks olunur.

FIFA U-15 Dünya Çempionatı və Festivalı gənc futbolçuları beynəlxalq mühitdə bir araya gətirməklə yanaşı, Azərbaycan üçün də dünya futbolunun yeni nəslinə ev sahibliyi etmək baxımından əlamətdar hadisədir.

Turnir 22–30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM