“Acıq” deyir - MÜSAHİBƏ

08:20 Müsahibə 96
“Acıq” deyir - MÜSAHİBƏ

"Şəfa" Misli Premyer Liqasının VIII turunda səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi bu matç haqda danışıb.

- Məyusuq. Hesabda öndə olduğumuz, daha çox qol epizodu yaratdığımız oyunda məğlub olduq. Qol fürsətlərimiz rəqibdən daha çox idi. Bunlardan istifadə edə bilmədiyimiz üçün matçdan xalsız ayrıldıq. Hesabı 3:1, 4:1 edə bilərdik. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Çox üzücüdür.

- Qol vurdun. Yəqin ki, qələbə qazansaydız, bu oyun sənin üçün əlamətdar olacaqdı...

- Çox əlamətdar olardı. Oyunun içində xoş hisslər yaşayırdım. Sonda məğlub olmağımız məni çox məyus etdi.

- Ardıcıl məğlubiyyətlərin səbəbi nədir?

- Məğlubiyyət qaçılmazdır. 6 tur da ola bilər, 10 tur da. Böyük komandalar da məğlub olurlar. Futbolda olan şeydir. İlk turlarda rəqiblərimiz daha ağır komandalar idi. Sonra ard-arda bizə uyğun rəqiblər gəlir. "Şamaxı" ilə matçda çox yaxşı oynadıq. Xırda detallara görə məğlub olduq.

- "Qara zolaq"dan çıxmaq üçün bir qələbə kifayətdir?

- Bəli. Bir qələbə qazanıb psixoloji üstünlük əldə etmək lazımdır. Bundan sonra qarşıdakı matçlara yaxşı əhvalda çıxmaq olar.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Gözləntilərin nədir?

- Ancaq qələbəni və 3 xalı fikirləşirik. Başqa düşüncəmiz yoxdur. Çünki qələbəyə acıq.

- Karyeran qeyri-stabil davam edir. Premyer Liqa, I Liqa, II Liqada çıxış edirsən. Bunun səbəbi nədir?

- Futbolda enişlər və yüksəlişlər olur. II Liqadan I Liqaya, oradan Premyer Liqaya qalxa bilmişəmsə, deməli xarakter göstərmişəm. İşimə davam edəcəyəm. Hədəfim daha yaxşı performans göstərib komandama kömək etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM