Ondan bərk qaçan yoxdur - Avropadakı yeganə komandamızda

15:40 Sabah 137
Ondan bərk qaçan yoxdur - Avropadakı yeganə komandamızda

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin geridə qalan ilk iki oyunundan sonra ən sürətli futbolçuları müəyyənləşib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka komandanın ən sürətli oyunçusudur.

Əlcəzairli sağ cinah oyunçusu saatda 33.6 km sürət yığmağı bacarıb. Onu 33.3 km sürətlə fransalı müdafiəçi Stiv Solvet izləyir. Qabonlu hücumçu Patrik Mbina isə (32.9) ilk “üçlüy”ü qapayır.

“Sabah”ın lideri Coy-Lens Mikelsdə sürət saatda 32.7 km-dir.

Ruanda millisinin hücumçusu komandanın ən sürətli 4-cü futbolçusudur. Nigeriyalı hücumçu Kristian Nvaçukvu 32.6 km sürətlə 5-ci sırada qərarlaşıb.

“Sabah” turnirin ilk turunda səfərdə “Mançester Yunayted”ə (0:4) məğlub olub, ikinci turda evdə “Slovan”a (2:0) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti