Avropada uğursuz nəticə göstərən Azərbaycan klubu baş məşqçisini istefaya göndərdi

18 Oktyabr 02:10 Basketbol 702
Avropada uğursuz nəticə göstərən Azərbaycan klubu baş məşqçisini istefaya göndərdi

"Gəncə" Basketbol Klubunun baş məşqçisi istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında bildirilib.

Klub Martin Knejeviçlə yolları ayırdığını bildirib.

“FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib”, – deyə açıqlamada bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO