Azərbaycan millisinin sabiq futbolçusu Coşqun Diniyev 31 yaşında karyerasını bitirmək qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin atası Şahin Diniyev məlumat verib.
O, açıqlamasında oğlunun artıq karyerasını başa vurduğunu bildirib.
Coşqun müxtəlif illərdə “İnter”, “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan” klublarında çıxış edib. O, Türkiyədə “Ümraniyəspor”, “Bandırmaspor” və “Çorum” komandalarının formasını geyinib.
