Daha iki həmyerlimiz dünya çempionatında bürünc medal qazandı

04:10 Güləş 74
Daha iki həmyerlimiz dünya çempionatında bürünc medal qazandı

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, altıncı yarış günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Səbuhi Əmiraslanov (86 kq) təsəlliverici görüşdə gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (10:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Ancaq həlledici mübarizədə monqolustanlı Batbilquun Naadambata 0:3 hesabıyla məğlub olaraq U23 dünya çempionatını 5-ci pillədə başa vurub.

Anar Cəfərli (92 kq) təsəlliverici görüşlərdə ermənistanlı Muşeğ Mkrtçyanla (18:8) Puerto-Riko təmsilçisi Lorenso Vaskesə (12:0) tam üstünlüklə qalib gəlib. İtaliyalı Qabriele Nikkolinini vaxtından əvvəl (10:0) üstələyən Anar bürünc medala sahib çıxıb.

Xetaq Karsanov (125 kq) bürünc medal uğrunda qarşılaşmada rusiyalı Andrey Bestayevə şans tanımayıb. Rəqibinə 8:1 hesabıyla qalib gələn milli üzvü dünya üçüncüsü olub.


Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM