Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vuruldu

04:40 Atçılıq 76
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vuruldu

Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

Budəfəki yarışda starta 5 Qarabağ və 5 Dilbaz atı çıxıb.

Belə ki, 3 yaşlı Qarabağ atlarının 1600 metr məsafəyə yarışı Hilal Nəzərovun çapdığı "Semum" atının qələbəsi ilə yekunlaşıb.

O, məsafəni 1 dəqiqə, 58,65 saniyəyə dəf edib. "Asya" atı ilə Mahmud Ağazadənin 2 dəqiqə 06,00 saniyə nəticə ilə ikinci olduğu cıdırda "Yıldız" atının çaparı Amina Hacıyeva 2 dəqiqə, 06,68 saniyə nəticə ilə 3-cü nəticə göstərib.

Bundan başqa 4 yaşlı Dilbaz atlarının 2400 metr məsafəyə mübarizəsində Rauf Tahirovun çapdığı "Lavin" atı 3 dəqiqə 14.00 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Hilal Nəzərov bu dəfə ikinciliklə kifayətlənib.

Onun "Tomris" atı 3 dəqiqə, 18,08 saniyə nəticə göstərib. Dilbaz atlarının yarışında fəxri kürsünün 3-cü pilləsinə Rusif Abbasov qalxıb. Onun "Savaş" atı 3 dəqiqə, 25,18 saniyə nəticə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…