Rumıniya Superliqasında 12-ci turun növbəti matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" (Ployeşti) öz meydanında "Sepsi"ni qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesab 26-cı dəqiqədə Leo Teyşeyranın qolu ilə açılsa da, qonaqlar 34-cü dəqiqədə Doru Andreylə bərabərlik qolunu vurublar.
Cəlal Hüseynov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşün 85-ci dəqiqəsində meydana daxil olub.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Petrolul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
