“Sabah” Çempionlar Liqasında mübarizə aparmağa layiq olduğunu göstərdi"

11:05 Sabah 93
“Sabah” Çempionlar Liqasında mübarizə aparmağa layiq olduğunu göstərdi"

“Hamınızı təbrik edirəm! Bu qələbəyə görə çox xoşbəxtəm. İlk ev oyunumuzda belə bir nəticə əldə etmək qürurvericidir.

Komandamızla, baş məşqçimizlə və bütün komanda yoldaşlarımla fəxr edirəm. Bu hissləri sözlə ifadə etmək çətindir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Rəhman Daşdəmirov deyib.

Müdafiəçi Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” üzərində qazanılan qələbədən sonra rəqibin çıxışını da dəyərləndirib:

“Slaviya” güclü rəqib idi. Onların da real qol imkanları oldu. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq”.

Futbolçu “Sabah”ın Çempionlar Liqasındakı çıxışını və növbəti oyunlardan gözləntilərini də açıqlayıb:

“Düşünürəm ki, “Sabah” Çempionlar Liqasında mübarizə aparmağa layiq olduğunu göstərdi. Biz də ən yaxşı nəticələrə layiqik.

Qarşıdakı oyunlarda maksimum xal toplamağa və xalqımızı sevindirməyə çalışacağıq. Qələbə qazanmaq bizə əlavə motivasiya verir”.

Müdafiəçi qarşıdakı ev oyunlarında da qələbə qazanmaq istədiklərini vurğulayıb: “Qarşıdakı ev oyunlarının hər birində qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq”.

Digər Xəbərlər
Xəbər Lenti