“Qarabağ” - “Neftçi” oyunu ərəfəsində və qarşılaşmadan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Sportinfo.az xəbər verir ki, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.
Məlumata görə, bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub. Həmçinin bir azarkeşin xəsarət alması ilə bağlı xəbərlər var.
Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Qarabağ” - “Neftçi” qarşılaşması 3:3 hesablı heç-heçə ilə başa çatıb.
