“Bu “Neftçi” tək buraxılacaq “Neftçi” deyil, siz isə ondan küsürsüz“

11:30 Neftçi 154
“Bu “Neftçi” tək buraxılacaq “Neftçi” deyil, siz isə ondan küsürsüz“

“Neftçi”nin əsas fanklubu “Forza Neftçi”nin rəhbəri Səccad Abbasov sosial şəbəkədə status paylaşıb.

Sportinfo.az xəbər verir ki, o, tərəfdarlara müraciət ünvanlayıb:

“Bu “Neftçi” tək buraxılacaq “Neftçi” deyil. Çempionu qapısına sıxan, 1 xal qazanmayıb, 2 xal itirən “Neftçi”dir.

“Neftçi” bu ölkədə yeganə klubdur ki, gücünü tarixindən və azarkeşlərindən alır. Siz isə “Neftçi”dən küsərək onu yarımçıq qoyursuz.

“Neftçi” tək qrupdan ibarət deyil, düzdür, “Forza Neftçi” hər zaman - pis və yaxşı anında, elə ya da belə flaqmanın yanındadır.

Amma bu demək deyil ki, sizin “Neftçi” sevginiz sosial şəbəkədə qalmalıdır. Tribuna mədəniyyətinə töhfə vermək üçün sizlər də lazımsız.

Hə, bir də “Forza Neftçi”mizin adı bəzi saxta xəbərlərə montajlansa da, sizlər bizi bilirsiz. Biz vətəni, bayrağı və “Neftçi”si üçün yaşayan insanlarıq.

Döyüşkən “Neftçi”ni çoxdan arzulayırdıq, indi isə o var. Növbə sizdədir”.

Digər Xəbərlər
Xəbər Lenti