Millimizin legionerini iştirak ərizəsinə daxil etmədilər - "Ferentsvaroş"la oyunda

03:40 Bizimkilər 90
Millimizin legionerini iştirak ərizəsinə daxil etmədilər - "Ferentsvaroş"la oyunda

Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"u qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesabı 32-ci dəqiqədə Bohdan Melniklə "Kişvarda" açsa da, qonaqlar 75-ci dəqiqədə Kallum O'Douda ilə bərabərlik qolunu vurublar.

Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM