Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında "Vllazniya"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Eqnatiya" - "Vllazniya" - 3:1
Qollar: A.Albanese, 9, D.Adcessa, 41, İ.Gruda, 86 // D.Peres, 59
