"Hazırda gedən araşdırmalar klubun hüquqşünaslarının və rəhbərliyinin işidir"

21:15 Dünya futbolu 109
"Hazırda gedən araşdırmalar klubun hüquqşünaslarının və rəhbərliyinin işidir"

“Mançester Siti”nin yarımmüdafiəçisi Enzo Fernandes klubun maliyyə işi ilə bağlı İngiltərə Premyer Liqası rəhbərliyi tərəfindən cəzalandırılması ehtimalına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu bu barədə “Footmercato”-ya açıqlamasında danışıb:

“Sanksiyalar və mümkün cəza ilə bağlı müzakirələr? Komanda daxilində bu barədə heç düşünmürük.

Mən “Mançester Siti”yə iddialı idman layihəsinin bir hissəsi olmaq, ən nüfuzlu titullar uğrunda mübarizə aparmaq və Enzo Mareska (baş məşqçi) ilə işləmək üçün keçmişəm.

Hazırda meydandan kənarda gedən araşdırmalar klubun hüquqşünaslarının və rəhbərliyinin işidir.

Peşəkar futbolçular kimi bizim əsas vəzifəmiz meydana çıxmaq, hər oyunda qələbə qazanmaq və gücümüzü meydanda sübut etməkdir. Tamamilə sakitik və diqqətimizi yalnız futbola yönəltmişik”.

Digər Xəbərlər
Xəbər Lenti