Asiya Açıq Turnirinin ilk günündə 8 medal əldə etdilər

18 Oktyabr 04:20 Cüdo 229
Asiya Açıq Turnirinin ilk günündə 8 medal əldə etdilər

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (66 kiloqram), Kamran Süleymanov (73 kiloqram), Fəridə Mirzəyeva (52 kiloqram) və Ülviyyə Bayramova (57 kiloqram) finaladək irəliləyərək, turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kiloqram) və Gülnarə Bayramova (57 kiloqram) isə bürünc medal qazanıblar.

2 gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?